Şəhid ailələri və müharibə əlillərinə 500-dək fərdi ev veriləcək

Şəhid ailələri və müharibə əlillərinə 500-dək fərdi ev veriləcək
Yayınlanma tarixi: 1/7/2022 7:43:30 PM

Şəhid ailələri və müharibə əlillərinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması işləri bu il daha da genişlənəcək.

Eyni zamanda, bu işlər çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onlar üçün 500 fərdi ev də inşa etdirilir. 2022-ci ildə həmin evlər istifadəyə veriləcək.

İslamazeri.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Həmçinin yaxın vaxtlarda Şəmkirdə Uşaq Bərpa Mərkəzi, Şamaxıda Psixonevroloji sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə veriləcək.

Qeyd edilib ki, hazırda respublikanın bir sıra bölgələrində (Quba, Sumqayıt, Gəncə, Sabirabad, Masallı və s.) də DOST Mərkəzlərinin açılmasına hazırlıq işləri aparılır.

Eyni zamanda, Masallı rayonunda Uşaq Reabilitasiya Mərkəzinin açılması planlaşdırılır.

Habelə Lənkəran və Xaçmaz rayonlarında sağlamlıq imkanları məhdud uşaqlar üçün sanator kurort tipli reabilitasiya müəssisələri açılacaq.

GÜNÜN MANŞETLERİ

Karlson: Tramp İrana hücum etdiyi üçün həbs olunmalıdır
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Karlson: Tramp İrana hücum etdiyi üçün həbs olunmalıdır

3/14/2026 10:13:29 PM
Əraqçi: İran bu hücumlara mütləq cavab verəcək
REGİON / İRAN

Əraqçi: İran bu hücumlara mütləq cavab verəcək

3/14/2026 9:52:22 PM
İranlı deputatdan Ukraynaya xəbərdarlıq
REGİON / İRAN

İranlı deputatdan Ukraynaya xəbərdarlıq

3/14/2026 8:16:40 PM
İsrailli general: Amerika bataqlığa sürükləndi
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailli general: Amerika bataqlığa sürükləndi

3/14/2026 8:01:39 PM