Sahibə Qafarova Ukrayna Ali Radası sədrinin müavini ilə görüşüb

Sahibə Qafarova Ukrayna Ali Radası sədrinin müavini ilə görüşüb
Yayınlanma tarixi: 10/7/2022 5:35:29 PM

Milli Məclisin sədri Sahibə Qafarova İndoneziyanın paytaxtı Cakarta şəhərində keçirilən "Böyük iyirmilik" ölkələri parlament sədrlərinin 8-ci sammiti çərçivəsində bir sıra görüşlər keçirib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "İslamazeri.com"a verilən xəbərə görə, parlamentlərarası İttifaqın Prezidenti Duarte Paçeko, İndoneziya Respublikasının Nümayəndələr Palatasının sədri Puan Maharani, Avstraliya Nümayəndələr Palatasının spikeri Milton Dik, Ukrayna Ali Radası sədrinin müavini Olena Kondratiuk və Kamboca parlament nümayəndə heyətinin rəhbəri Suos Yara ilə görüşlərdə Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti, təşkilatın qarşısında duran vəzifələr haqqında geniş məlumat verilib.

Görüşlərdə ölkələrimizin qanunverici orqanları arasında əməkdaşlıq, parlament təşkilatları ilə əlaqələrin genişləndirilməsi mövzularında da fikir mübadiləsi aparılıb.

GÜNÜN MANŞETLERİ

İranlı deputatdan Ukraynaya xəbərdarlıq
REGİON / İRAN

İranlı deputatdan Ukraynaya xəbərdarlıq

3/14/2026 8:16:40 PM
İsrailli general: Amerika bataqlığa sürükləndi
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailli general: Amerika bataqlığa sürükləndi

3/14/2026 8:01:39 PM
İnqilab Keşikçiləri İsrail sakinlərinə təxliyə xəbərdarlığı edib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İnqilab Keşikçiləri İsrail sakinlərinə təxliyə xəbərdarlığı edib

3/14/2026 12:30:01 PM