Şagirdi döyən direktorun yerinə təyinat olub

Şagirdi döyən direktorun yerinə təyinat olub
Yayınlanma tarixi: 19.10.2022 11:17:55

Abşeron rayonu Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbinə yeni direktor təyinatı olub.

İslamazeri.com xəbər verir ki, bu vəzifəyə idarədə metodist vəzifəsində çalışan Nuranə Vəliyeva təyin olunub.

Qeyd edək ki, bir müddət əvvəl məktəbinin keçmiş direktoru Çinarə Atayevanın şagirdlərdən birini döyməsi və mobil telefonunu qırması ilə bağlı mətbuatda məlumat yayılmışdı. Bu səbəbdən isə direktorun əmək müqaviləsinə xitam verilmişdi.

GÜNÜN MANŞETLERİ