Şabranda qanunsuz ov edən şəxslər saxlanılıb

Şabranda qanunsuz ov edən şəxslər saxlanılıb
Yayınlanma tarixi: 2.11.2022 11:39:55

Şabranda qanunsuz ov edən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan "İslamazeri.com"a verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayon ərazisində qanunsuz ov edən Heydər İbrahimov və Ədalət Rəsulov saxlanılıblar.
Həmin şəxslərdən 1 ədəd sənədsiz "İJ" markalı 12 çaplı ov tüfəngi və qanunsuz olaraq ovladıqları çöl dovşanı aşkar edilib.
Faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.

GÜNÜN MANŞETLERİ