Şabranda ov edənlər saxlanılıb

Şabranda ov edənlər saxlanılıb
Yayınlanma tarixi: 17.11.2022 16:24:07

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayonun Hacıqaraqaşlı kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.

DİN-in mətbuat xidmətinin Quba regional qrupundan "İslamazeri.com"a verilən xəbərə görə,rayon polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə qanunsuz ov edən rayon sakinləri Ramin Kərimov və Elşən Babayev saxlanılıblar.

Həmin şəxslərdən 2 ədəd ov tüfəngi və qanunsuz olaraq ovladıqları bataqlıq quşları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

GÜNÜN MANŞETLERİ