Sabirabad bazarındakı yanğın söndürülüb

Sabirabad bazarındakı yanğın söndürülüb
Yayınlanma tarixi: 23.10.2022 09:28:33

Xəbər verildiyi kimi, Sabirabad şəhərində yerləşən Mərkəzi Bazarda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.

FHN-in mətbuat xidmətindən bazar günü İslamazeri.com-a bildirilib ki, yanğın nəticəsində ümumi sahəsi 5 hektar olan bazar ərazisində bir-birinə bitişik tikilmiş müxtəlif təyinatlı ticarət obyektlərinin (meyvə-tərəvəz, geyim, təsərrüfat malları və s.) yanar konstruksiyaları 9000 m² sahədə yanıb.

Bazarın böyük hissəsi və digər ticarət obyektləri, bitişik evlər yanğından mühafizə olunub.

GÜNÜN MANŞETLERİ