Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:2.12.2021 13:55:51

“Bizim o qədər məşqçimiz var ki, elə bil hamısı ölüb, qırılıb. Sadəcə, deyirlər ki, biz yerli mütəxəssislərlə işləmək istəmirik, sizlik deyil", - deyə Yunis Hüseynov bildirib.

“Millinin baş məşqçi postuna kimlərinsə namizəd kimi adının çəkilməsi boş şeylər idi”.

İslamazeri.com xəbər verir ki, bunu Azərbaycan millisinin sabiq futbolçusu Yunis Hüseynov Canni de Byazinin baş məşqçi postunda saxlanılmasına münasibət bildirərkən deyib.

56 yaşlı mütəxəssis AFFA İcraiyyə Komitəsinin bugünkü qərarının yerində olduğunu düşünür: “De Byazinin qalması doğru qərardır. Onsuz da, yerli məşqçi təyin olunmayacaqdı. Başqa əcnəbi gətirməkdənsə, de Byazini saxlamaq düzgün idi. Çünki yeni məşqçi il yarım vaxt istəyəcəkdi. Ondan sonra da deyəcəkdi ki, komandaya indi öyrəşirəm. Həmişə belə olub. Mətbuatda yazılanlara əsasən, de Byazi maaşının yarıya endirilməsinə də razı olub. Bu mənada italiyalı ilə bağlı qərarı doğru hesab edirəm”.

Hüseynov AFFA-nın yerli mütəxəssislərlə çalışmaq istəmədiyini də etiraf edib. O, milliyə azərbaycanlı məşqçinin gətirilməyəcəyini öncədən bildiyini söyləyib: “Yerli məşqçiyə etimad göstərilməyəcəyinə əmin idim. Çünki onların azərbaycanlı mütəxəssislərə heç vaxt inamları olmayıb. Əvvəllər Ağasəlim Mircavadov, Əsgər Abdullayev, Kazbek Tuayev, Vaqif Sadıqov, Şahin Diniyev işləyib. Açığı, o vaxt heç ağlımdan da keçməzdi ki, milliyə əcnəbi məşqçi gətiriləcək. Bizim o qədər məşqçimiz var ki, elə bil hamısı ölüb, qırılıb. Sadəcə, deyirlər ki, biz yerli mütəxəssislərlə işləmək istəmirik, sizlik deyil”.

Qeyd edək ki, AFFA Canni de Byazi ilə müqavilə müddətini 2022-ci ilin oktyabrına qədər uzadıb.


Sabiq futbolçu: "Elə bil yerli məşqçilərin hamısı ölüb"

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan manatının dövretmə sürəti azalıb
    Bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib.
     27.09.2022
    İşğal dövründə Yuxarı Gövhər Ağa məscidinə edilmiş müdaxilələr aradan qaldırılıb
    Bərpa işlərinin 2023-cü ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.
     27.09.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ