Sabah ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək

Sabah ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək
Yayınlanma tarixi: 8.03.2023 12:19:03

Sabah ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək.

Bakıda və Abşeron yarımadasında martın 9-u günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

İslamazeri.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin gözlənilən hava şəraiti haqqında yaydığı xəbərdalıqda bildirilib.

Qeyd olunub ki, yarımadanın bəzi ərazilərində yağıntının intensivləşəcəyi ehtimalı var.

Azərbaycanın rayonlarında martın 9-da ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların intensivləşəcəyi ehtimalı var.

Bəzi bölgələrdə gözlənilən yağışlar nəticəsində əksər çaylarda sululuğun artacağı gözlənilir.

GÜNÜN MANŞETLERİ