Saakaşvili yavaş-yavaş ölür... - Arestoviç

Saakaşvili yavaş-yavaş ölür... - Arestoviç
Yayınlanma tarixi: 23.12.2022 20:44:33

"Saakaşvili yavaş-yavaş ölür, Gürcüstan hakimiyyəti Rusiyayönlü kurs həyata keçirir" -Ukrayna Prezident Administrasiyasının müşaviri

Ukrayna Prezident Administrasiyasının müşaviri Aleksei Arestoviç Gürcüstan hökümətinin ünvanına sərt ittihamlar səsləndirib.

İslamazeri.com Gürcüstan mediasına istinadən xəbər verir ki, Ukrayna Prezident Administrasiyasının müşaviri Aleksei Arestoviç Gürcüstan hakimiyyəti Rusiyayönlü kurs həyata keçirməkdə ittiham edib.

"Saakaşvili yavaş-yavaş ölür, Gürcüstan hakimiyyəti Rusiyayönlü kurs həyata keçirir. Onlar düşünmürlər və ya özlərinə düşünməyə imkan vermirlər. Saakaşvili həbsxanada ölsə, hamı deyəcək ki, o, öldürülüb. Bu, daxili siyasi mübarizənin, təxribatların, kütləvi iğtişaşların, inqilabların və s.-nin güclü amilinə çevriləcək. Düşünürəm ki, olmasa belə, seçkilərdə rol oynayacaq. Sual budur ki, onlar kimdən qorxurlar? Cavab çox sadədir,”- Ukrayna Prezident Administrasiyasının müşaviri Aleksei Arestoviç bildirib.

Ukrayna Prezident Administrasiyasının nümayəndəsi Gürcüstan ərazilərinin dörddə birinin işğal olunduğunu və Rusiyanın Gürcüstana böyük bəla gətirdiyini bildirib.

GÜNÜN MANŞETLERİ