Bu sözləri Gürcüstanın səhiyyə naziri Yekaterina Tikaradze deyib.
İslamazeri.com "Az.shafaqna.com"-a istinadən xəbər verir ki, həbsxananın xəstəxanası Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin müalicəsi bütün şərtlərə cavab verir.
Bu barədə Gürcüstanın səhiyyə naziri Yekaterina Tikaradze bildirib.
Onun sözlərinə görə, Tibbi və Əczaçılıq Fəaliyyətinin Tənzimlənməsi Agentliyinin nümayəndələri bu gün həsbxana xəstəxanasını gözdən keçirəcəklər və oranın Saakaşvili ilə yanaşı, həm də digər məhbusların təhlükəsizliyinin təminatı üçün hazır olmasına dair rəy hazırlayacaqlar.
“Tənzimləmə Agentliyi tapşırıq alıb: onlar bu gün penitensiar xəstəxanaya gedəcək və oranın təkcə pasiyent Saakaşvilini yox, həm də digər məhbusları qəbul edib onların təhlükəsizliyini təmin etməyə hazırlılığını yoxlayacaqlar. Onu başqa klinikaya köçürmək zərurəti yoxdur”, – deyə o qeyd edib.
Xatırladaq ki, həbsdə olan keçmiş dövlət başçısı artıq 26 gündür ki, aclıq aksiyasını davam etdirir.