Rusiya və Ənsarullah heyəti arasında Yəmən görüşməsi

Rusiya və Ənsarullah heyəti arasında Yəmən görüşməsi
Yayınlanma tarixi: 27.02.2023 11:32:01

Ənsarullahdan verilən açıqlamaya görə, bu görüşdə Yəməndəki hərbi, siyasi və humanitar vəziyyət ətraflı müzakirə olunub.

Yəmənin Ənsarullah Hərəkatının Danışıqlar Heyətinin rəhbəri Məhəmməd Əbdüs Salam Omanda Rusiya prezidenti Vladimir Putinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi Mixail Boqdanovla görüşüb.

İslamazeri.com xəbər verir ki, Al Masirah telekanalının saytında yer alan məlumata görə, Yəmənin Ənsarullah Hərəkatının Danışıqlar Qrupunun rəhbəri Məhəmməd Əbdüs Salam Omanda Rusiya prezidenti Vladimir Putinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi Mixail Boqdanovla görüşüb.

Ənsarullahdan verilən açıqlamaya görə, bu görüşdə Yəməndəki hərbi, siyasi və humanitar vəziyyət ətraflı müzakirə olunub.

Rusiya tərəfi vurğulayıb ki, bütün yəmənli qruplar Yəməndə uzunmüddətli atəşkəsə nail olmaq üçün səylərini gücləndirməlidirlər.

Qeyd edək ki, bu yaxınlarda Yəmənin Ənsarullah Hərəkatının lideri Əbdülməlik əl-Husi Omanın vasitəçiliyi ilə atəşkəs danışıqlarının davam etdiyini açıqlamışdı.

Aprelin 2-də Birləşmiş Millətlər Təşkilatının (BMT) vasitəçiliyi ilə əldə edilmiş müvəqqəti atəşkəs 2 oktyabr 2022-ci ildə başa çatıb.

GÜNÜN MANŞETLERİ