Rus psixoloq ölüm qorxusunun insana psixoloji yardımı barədə

Rus psixoloq ölüm qorxusunun insana psixoloji yardımı barədə
Yayınlanma tarixi: 15.01.2023 13:27:21

"İslamla psixologiya arasında sıx əlaqə var".

İslamazeri.com "Az.shafaqna.com"un Gürcüstanın Marneuli rayonunda yerləşən “Muğam” çay evində islamı qəbul etmiş rusiyalı psixoloq ilə 1üç tərəfli maraqlı  disskusiyasını təqdim edir:
Gürcüstanın Marneuli şəhərində Emin Yadigarov tərəfindən təşkil edilən diskusiyada sosial psixologiya fakultəsinin “Etnopsixologiya və Multikultural Kafedrasının” müdiri və eləcə də “Müsəlmanlara Psixoloji Dəstək Assosiasiyasının” rəhbəri dosent Olga Sergeevna Pavlova, etnopsixoloq (mədəniyyətlərarası psixoloq) Emin Yadigarov və ilahiyyatçı, siyasi elmlər üzrə doktoranturada təhsil alan Kamran Məmmədov arasında baş tutub.
– O.Sergeevna: Din və xüsusilə İslamla psixologiya arasında sıx əlaqə var. Bunu dini hədis və ayələrdən çıxarmaq lazımdır. Təəssüf ki, bəzi hallarda psixologiya bəzi islam alimləri tərəfindən qadağan edilir, Quran və hədisin kifayət etdiyini deyirlər. Ancaq psixologiya ilə İslam təlimlərini sintez edib daha mükəmməlini yaratmağı düşünmürlər.
– K.Məmmədov: Həyat yoldaşınızın da islamı qəbul etdiyini qeyd etdiniz, İslamı necə qəbul etdini bilmək bizim üçün də maraqlıdır.
– O.Sergeevna: Həyat yoldaşım ilk təhsilini fəlsəfə fakultəsində aldıqdan sonra xristian dini təhsili üçün kilsəyə üz tutdu. Sovet ittifaqı dağıldıqdan sonra dini komitənin rəhbəri oldu. Ancaq buna rəğmən özündə bir boşluq olduğunu hiss etdi və araşdırmalardan sonra İslamı qəbul etdi. Həmin zaman daxildə çox səs-səda yaratdı və təzyiqlər olunmağa başladı. İranlı ayətullahlardan ibarət nümayəndə heyəti Rusiyaya gəldi və apardıqları danışıqlar nəticəsində yoldaşımın üzərindəki təzyiqlər götürüldü.
 Düşünürəm ki, dini təlimlərin psixoloji həyatımızın bir çox sahələrində təsiri var və hətta dini təlimlərdən bu sahədə çox istifadə edə bilərik. Onlardan biri dində mövcud olan insanlardakı ölüm qorxusunun və ölümdən sonrakı həyata inanmasıdır. Aparılan araşdırmalara görə dinlər arasında ölüm qorxusu ən çox İslamın davamçılarındadır. Bundan psixoloji sahədə çox istifadə etmək olar, hansı ki, insana psixoloji yardımı çox toxuna bilər.
– K.Məmmədov: Doğru qeyd etdiniz, bu məsələ ilə bağlı fikrimi bildirməkdən öncə ümumi bir qaydanı nəzərinizə çatdırmaq istərdim. Dini mətnlərə iki fərqli baxışla baxmaq olar, din daxili və din xarici baxış. Din xarici baxışa görə dini göstərişlərin insan həyatındakı psixoloji, sosioloji və.s təsirlərindən danışılır.
Ölümdən sonrakı həyata inanc da bu qəbildəndir. Bu inanc sadəcə olaraq sadə bir inanc deyil, insanın dünya görüşünü və həyata baxışını dəyişir.
Məşhur İslam filosofu və Quran təfsirçisi Əllamə Təbatəbai tədrisi zamanı əbədi olan cənnət və cəhənnım mövzusuna toxunduğu zaman dərindən nəfəs alar və tələbələrinə deyərdi ki, qarşıda sizi əbədi bir həyat gözləyir. O həyatı hər nə qədər böyüdüb və dərk etsən dünya və onun problemləri bir o qədər kiçilər. Və beləcə həyatın dərdi-qəmi çox kiçik gələr. Bu sadəcə olaraq insanları mövizə etmək üçün deyilən bir məsələ deyil, insana fərqli bir dünya görüşü verir, hansı ki, insanın həyatını fərqli edir.
– O.Sergeevna: Bəli, bu inanc insanın düşüncə tərzini və həyata baxışını dəyişir. Apardığım bir araşdırmada insanların xoşbəxtliyinin birgə və toplum şəkilində olduğu qənaətinə gəldim. Mənim xoşbəxtliyim başqalarının xoşbəxtliyinə bağlıdır. Bir çox psixoloqların şablon olaraq işlətdiyi bir söz var: başqalarının fikirləri sənin sərhədlərinə qədər keçərlidir, onu keçsələr önəm vermə. Bu yanaşma insanlarda fərdləşmə yaradır və bu insanların xoşbəxtliyinə mane olur. Bu baxış İslamda fərqlidi, İslam başqalarının xoşbəxtliyi ilə xoşbəxt olacağımızı deyir. Bu isə mənim araşdırmamda aldığım nəticə ilə tamamilə üst-üstə düşür.

GÜNÜN MANŞETLERİ