Roma Papası Bəhreyndə müsəlman dini liderləri ilə görüşəcək

Roma Papası Bəhreyndə müsəlman dini liderləri ilə görüşəcək
Yayınlanma tarixi: 4.11.2022 12:01:06

Dünya katoliklərinin lideri Papa Fransisk Əl-Xəlifə hökumətinin təşkil etdiyi "Sülh və Birlikdə Yaşamaq" konfransında iştirak etmək üçün dünən axşam (cümə axşamı) Manamaya gedib.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, Papanın Manamaya səfəri “Sülh və birgəyaşayış” dialoq konfransı ilə əlaqədar olub.

Xəbərə görə, bu səfər zamanı bir çox müsəlman dini liderlə görüşəcək Papa bu gün (cümə) Əl-Əzhər, Müsəlman Alimlər Şurası və Katolik Kilsəsi ilə əməkdaşlıq çərçivəsində təşkil edilən konfransda çıxış edəcək.

Papanın səfərindən əvvəl Bəhreyndə insan haqlarının pozulmasının tənqidi bu səfərin əsas gündəm məsələsinə çevrilib.

Beynəlxalq insan haqları qrupları Roma Papasını Bəhreyn sünni hökumətinin şiələrə, siyasi fəallara və müxalifətçilərə qarşı hərəkətlərinə reaksiya verməyə çağırıb.

130 təşkilat və hüquq mərkəzi də birgə bəyanat yayaraq Papa Fransiskdən Bəhreyndəki Əl-Xəlifə rejiminin səlahiyyətlilərini bu ölkədə insan haqları pozuntularına son qoymağa çağırmağı xahiş edib.

GÜNÜN MANŞETLERİ