Rəsmi Moskva: İran Rusiyadan heç bir yardım istəməyib

Rəsmi Moskva: İran Rusiyadan heç bir yardım istəməyib
Yayınlanma tarixi: 3/5/2026 2:14:46 PM

"İran Rusiyadan siyasi dəstəkdən başqa heç bir yardım istəməyib".

İran Moskvanın siyasi dəstəyindən başqa hər hansı yardım üçün Rusiyaya müraciət etməyib.

İslamazeri.com-un Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, bunu Kremlin sözçüsü Dmitri Peskov açıqlayıb.

Peskov bildirib ki, İran tərəfi Rusiyaya əlavə yardım üçün rəsmi müraciət etməyib və Moskvanın bu məsələdə mövqeyi dəyişməz olaraq qalır.

“Bu halda İran tərəfindən heç bir müraciət olmayıb, bizim ardıcıl mövqeyimiz hamıya yaxşı məlumdur və burada heç bir dəyişiklik yoxdur”, – deyə Kremlin nümayəndəsi vurğulayıb.

GÜNÜN MANŞETLERİ