Ərəb dövlətləri Suriya barədə razılığa gəldilər

Ərəb dövlətləri Suriya barədə razılığa gəldilər
Yayınlanma tarixi: 2.05.2023 16:26:16

İordaniya, Səudiyyə Ərəbistanı, İraq, Misir və Suriyanın xarici işlər nazirləri suriyalı qaçqınların təhlükəsiz geri qayıtmasının əsas prioritet olduğu barədə razılığa gəliblər.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, İordaniyanın xarici işlər naziri Ayman əs-Safedi, Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Ferhan, Misirin xarici işlər naziri Samih Şükri və İraqın xarici işlər naziri Fuad Hüseyn Suriyanın xarici işlər naziri Feysəl əl-Miqdad ilə İordaniyanın paytaxtı Əmmanda görüşüb. 

"İordaniya, Səudiyyə Ərəbistanı, İraq və Misirin xarici işlər nazirləri Suriya böhranının və onun beynəlxalq və regional nəticələrinin sona çatmasını prioritet hesab etdiklərini təsdiqləyiblər", - qapalı görüşdən sonra açıqlanan yekun bəyannamədə deyilib. 

Nazirlərin Suriya xarici işlər naziri Miqdad ilə "danışıqlar" mövzusunda razılığa gəldiyinə işarə edilən yekun bəyannamədə BMT-nin cəhdləri ilə uyğun olacaq sözügedən danışıqların təqviminin isə daha sonra qərarlaşdırılacağı vurğulanıb.

Əmmanda keçirilən xarici işlər nazirlərinin toplantısında yekun bəyannamədə “suriyalı qaçqınların könüllü və təhlükəsiz şəkildə ölkələrinə qayıtmasının prioritet məsələ olduğu” vurğulanıb və qaçqınlarla bağlı təcili addımların atılmasının vacibliyi qeyd edilib.

Bəyannamədə Suriyanın qaçqınların qayıdacaqları bölgələrin ehtiyaclarını BMT qurumları ilə koordinasiyalı şəkildə müəyyənləşdirməyə başlayacağına diqqət çəkilib və qaçqınların geri qaytarılmasını asanlaşdırmaq üçün bəzi addımların atıla biləcəyi bildirilib. 

Suriya və Əmman hökumətinin ilk mərhələdə İordaniyadakı 1000-ə yaxın suriyalı qaçqının könüllü geri qayıtması üçün BMT-nin müvafiq qurumları ilə əməkdaşlıq edəcəyi bildirilən bəyannamədə İordaniyadan sonra digər ölkələri də əhatə edəcək şəkildə bu dairənin genişləndirilə biləcəyi ifadə edilib. 

Yekun bəyannamədə Suriya ərazisində terrorçu qrupların mövcudluğuna son qoyulması üçün hərtərəfli mübarizə üçün müvafiq ölkələr və BMT ilə əməkdaşlıq etmək barədə razılığa gəlindiyi də vurğulanıb.

Yekun bəyannamədə Suriya Konstitusiya Komitəsinin yaxın zamanda fəaliyyətini bərpa etməsini təmin edəcək addımların atılmasına dair razılığın əldə edildiyi bildirilib.

GÜNÜN MANŞETLERİ