Ərdoğan Səudiyyənin vəliəhd şahzadəsi ilə görüşüb

Ərdoğan Səudiyyənin vəliəhd şahzadəsi ilə görüşüb
Yayınlanma tarixi: 15.11.2022 11:04:01

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşüb.

İslamazeri.com AA-ya istinadən xəbər verir ki, görüş “Böyük İyirmiliyin” (G20) Balidə (İndoneziya) keçirilən sammiti çərçivəsində baş tutub.

Danışıqlar mətbuat üçün qapalı rejimdə keçirilib.

Görüşdə Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu, xəzinə və maliyyə naziri Nurəddin Nebati, kənd və meşə təsərrüfatı naziri Vahid Kirişçi, Türkiyə prezidenti adminitrasiyasının əlaqələr idarəsinin başçısı Fəxrəddin Altun, həmçinin Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın da iştirak ediblər.

GÜNÜN MANŞETLERİ