Ərdoğan ilə Zelenski arasında telefon danışığı olub

Ərdoğan ilə Zelenski arasında telefon danışığı olub
Yayınlanma tarixi: 3.11.2022 16:07:43

Görüşdə Rusiya-Ukrayna müharibəsində baş verən son hadisələr müzakirə edilib.

İslamazeri.com xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

Ərdoğan taxıl daşınmasında problemi əməkdaşlıqla həll etmələrindən məmnun olduğunu bildirib.

Görüşdə Rusiya-Ukrayna müharibəsində baş verən son hadisələr müzakirə edilib.

Həm Ukraynanın, həm də Rusiyanın taxıl məhsullarını satma qabiliyyətinin bütün dünya üçün kritik əhəmiyyət daşıdığını vurğulayan Ərdoğan, taxıl daşınması müqaviləsinin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Prezident Ərdoğan, Ukraynanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasına gətirib çıxaracaq anlaşma əsasında müharibənin ədalətli həll yolu ilə sona çatması üçün diplomatik səylərin artırılmasının lazım olduğunu bildirib.

GÜNÜN MANŞETLERİ