Radarlardan itən təyyarə 43 gün sonra tapıldı

Radarlardan itən təyyarə 43 gün sonra tapıldı
Yayınlanma tarixi: 10.03.2023 13:14:41

Filippində 43 gün əvvəl yoxa çıxan təkmühərrikli “Cessna 206” tipli təyyarənin qalıqları aşkar edilib.

İslamazeri.com xəbər verir ki, Yanvarın 24-də ölkənin İzabela bölgəsindəki Cauayandan eyni bölgədəki Maconacon istiqamətində havaya qalxan, lakin bir daha xəbər alınmayan təyyarənin axtarışı təlim görmüş itlər ilə davam etdirilib. Axtarış zqmanı bir pilot və 5 sərnişinin cəsədi tapılıb.

İsabela Fəlakətlərə Müdaxilə Bürosu səlahiyyətliləri əlverişsiz hava şəraiti və bölgənin dağlıq təbiəti səbəbindən axtarış işlərinin həftələrlə davam etdiyini bildirib.

Qeyd edək ki, martın 1-də içərisində 5 nəfərin olduğu Filippində yoxa çıxan tibbi helikopter də hələ tapılmayıb.

GÜNÜN MANŞETLERİ