Qubada yol kənarından silah tapılıb

Qubada yol kənarından silah tapılıb
Yayınlanma tarixi: 10.11.2022 10:30:36

Qubada yol kənarından silah tapılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan "İslamazeri.com"a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin PPXB-nin əməkdaşları tərəfindən, Quba şəhəri köhnə kərpic zavod adlanan ərazidə xidmətdə olduqları zaman yolun kənarından 1 ədəd "İJ" markalı qoşa lüləli ov silahı aşkar olunaraq götürülüb.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

 

 

 
 

GÜNÜN MANŞETLERİ