Qətərin xarici işlər naziri "yeni Baş nazir" oldu

Qətərin xarici işlər naziri
Yayınlanma tarixi: 7.03.2023 18:02:09

Qətər əmiri Şeyx Təmim bin Həmid əl-Tani baş nazirin müavini və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman əl-Tanini ölkənin yeni baş naziri təyin edib.

Qətər əmiri Şeyx Təmim Baş nazir və daxili işlər naziri Şeyx Xalid bin Xəlifə bin Əbdüləziz əl-Taninin istefasını qəbul edib.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, Qətər əmiri baş nazirin müavini və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl-Tanini ölkənin yeni baş naziri təyin edib.

Bildirilib ki, Şeyx Məhəmməd bin Əbdürrəhman Əl-Tani xarici işlər naziri vəzifəsini də davam etdirəcək.

Şeyx Xalid bin Xəlifə bin Əbdüləzizin istefası ilə boşalan daxili işlər naziri vəzifəsinə isə Əmir Şeyx Təmimin qardaşı Xəlifə bin Həmid bin Xəlifə əl-Sani təyin edilib.

Ölkənin yeni baş naziri Məhəmməd bin Əbdürrəhman Əl-Tani Qətər əmiri Şeyx Təmimin hüzurunda and içərək, rəsmi olaraq vəzifəsinin icrasına başlayıb.

Baş nazirin eyni zamanda daxili işlər naziri olduğu Qətərdə bu yeni kabinetlə ilk dəfə olaraq bu vəzifələrə fərqli adlar təyin edilib.

Kabinetdəki digər adlar, o cümlədən üç qadın nazir öz vəzifələrini qoruyublar.

Qeyd edək ki, Qətərin yeni Baş naziri Məhəmməd bin Əbdürrəhman əl-Tani 27 yanvar 2016-cı ildə xarici işlər naziri, 15 noyabr 2017-ci ildə isə əlavə olaraq Baş nazirin müavini vəzifəsinə təyin edilib.

GÜNÜN MANŞETLERİ