ABŞ-ın Yaxın Şərqdəki münaqişələr səbəbindən Tomahawk da daxil olmaqla raket ehtiyatlarında azalma müşahidə olunduğu bildirilir.
İslamazeri.com xəbər verir ki, CNN-in məlumatına görə, yüksək vəzifəli bir məmur raket ehtiyatlarının, xüsusən də Tomahawk qanadlı raketlərinin və SM-3 zenit idarə olunan raketlərinin azaldığını bildirib.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp ABŞ ordusunun lazım gələrsə, İrana hücumlarını daha 4-5 həftə davam etdirəcəyini bildirmişdi. Tramp iddia edirdi ki, onlarda dünyanın hər yerində çoxlu sayda sursat saxlanılır.
Sputnik-in məlumatına görə, fevral ayında ABŞ-ın Yaxın Şərqdə İrana hücumlarda istifadə edilə bilən 450-dən çox Tomahawk raketi olduğu bildirilmişdi.