Qəbələdə ağac kəsilməsi faktı qeydə alınıb

Qəbələdə ağac kəsilməsi faktı qeydə alınıb
Yayınlanma tarixi: 7.03.2023 13:08:17

Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Qəbələ rayonu, Hacallı kəndi ərazisində ağac kəsilməsi faktı qeydə alınıb.

Bu barədə "İslamazeri.com"a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədovun sözlərinə görə, araşdırma zamanı ağacın vətəndaş İlqar Nuhova məxsus obyektin ətrafında kəsildiyi müəyyən edilib.

“Faktla bağlı akt tərtib olunub və məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.

GÜNÜN MANŞETLERİ