Qazaxıstan hökuməti istefa verib.
Qazaxıstan prezidentinin bəyanatına görə, Alixan İsmayılovun rəhbərlik etdiyi hökumətin istefasını təsdiq edən fərman imzalanıb.
İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, prezident Kasım Comərt Tokayev konstitusiyaya uyğun olaraq martın 19-da keçirilən parlament seçkilərindən sonra Alixan İsmayılovun rəhbərlik etdiyi hökumətin istefasını təsdiq edən fərmanı imzalayıb.
Fərmanda bildirilirdi ki, Məclis yeni kabinet üzvlərini təsdiq edənə qədər hökumət öz vəzifələrini yerinə yetirməyə davam edəcək.
Prezident Tokayev parlamentin aşağı palatasının 8-ci dövr açılış iclasında verdiyi açıqlamada seçkilərdə ən çox səs toplayan Əmanət Partiyasının baş nazir namizədinin təqdim edilməsinin siyasi məsuliyyət zərurətini ifadə edib.