Qanunsuz ov edən əcnəbi cəzalandırılıb

Qanunsuz ov edən əcnəbi cəzalandırılıb
Yayınlanma tarixi: 23.02.2023 15:02:25

Qanunsuz ov edən əcnəbi cəzalandırılıb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları keçirdikləri növbəti nəzarət tədbirləri zamanı Saatlı rayonu ərazisində qanunsuz ov edən əcnəbi vətəndaşı saxlayıb.

İslamazeri.com xəbər verir ki, xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qanunsuz ov edən şəxsin Küveyt vətəndaşı Khaled Alrasheedi olduğu müəyyən edilib.

Faktla bağlı təqsirkar şəxs barəsində qanunamüvafiq tədbir görülüb.

GÜNÜN MANŞETLERİ