Qanunsuz narkotik satışı ilə bağlı 74 əcnəbi saxlanılıb

Qanunsuz narkotik satışı ilə bağlı 74 əcnəbi saxlanılıb
Yayınlanma tarixi: 20.10.2022 11:05:59

Bu il Azərbaycanda qanunsuz narkotik satışı ilə bağlı 74 əcnəbi saxlanılıb.

İslamazeri.com xəbər verir ki, bu barədə rəqəmlər Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2022-ci ilin yanvar-sentyabr aylarının yekununa dair məlumatda öz əksini tapıb.

Bildirilib ki, bu ilin 9 ayında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 6249 nəfər cəlb edilmişdir ki, onlardanda 6079-u kişi, 170-i qadın olub.

Cinayət məsuliyyətinə cəlb edilən şəxslərdən 74 nəfəri xarici ölkə vətəndaşıdır. Məsuliyyətə cəlb edilən 74 xarici ölkə vətəndaşından 36-sı İran, 8-i Gürcüstan, 10-u Türkiyə, 2-si Türkmənistan, 1-i Qırğızıstan, 1-i Pakistan, 2-si Ukrayna , 1-i Maldiv və 13-ü Rusiya vətəndaşı olub.

Xarici ölkə vətəndaşlarından ümumilikdə 1 ton 039 kq 686,303 qr və 4178 həb müxtəlif növ narkotik vasitə və psixotrop maddələr, habelə 16759 ədəd narkotik tərkibli çətənə bitkisi götürülüb.

GÜNÜN MANŞETLERİ