Prezidentə sui-qəsdin qarşısı alındı - BU ÖLKƏDƏ

Prezidentə sui-qəsdin qarşısı alındı - BU ÖLKƏDƏ
Yayınlanma tarixi: 1/14/2026 1:36:02 PM

Kosta-Rikanın Kəşfiyyat və Təhlükəsizlik İdarəsi fevralın əvvəlində keçiriləcək seçkilərdən bir neçə gün əvvəl ölkə prezidenti Rodriqo Çavesə qarşı planlaşdırılan sui-qəsdin qarşısını alıb.

İslamazeri.com xəbər verir ki, bu barəd qurumun rəhbəri Jorge Torres Castillo bildirib.

“Bu gün mən prezidentin həyatına təhlükə ilə bağlı məxfi mənbədən əldə etdiyimiz məlumat əsasında cinayət işi başlanması üçün müraciət edirəm. Prosesi sürətləndirmək üçün dərhal tədbirlər gördük. Biz [sui-qəsdi planlaşdırmaqda şübhəli bilinən] şəxsin kimliyini müəyyənləşdirmişik — həmin qadın sosial şəbəkələrdə çox fəaldır”.

Kəşfiyyat və Təhlükəsizlik İdarəsinin məlumatına görə, sui-qəsdi planlaşdırdığı iddia edilən şəxs bunu təşkil etmək üçün azı iki nəfərlə əlaqə saxlayıb. Hazırda araşdırma aparılır, şübhəli isə özünü günahsız saydığını bəyan edir.

Kosta-Rikada prezident seçkiləri 1 fevral tarixinə planlaşdırılıb; zərurət yaranarsa, ikinci tur 5 apreldə keçiriləcək. Prezident Çavesin səlahiyyət müddəti isə 8 mayda başa çatır.

GÜNÜN MANŞETLERİ