Prezident İlham Əliyev İranın Azərbaycandakı səfirliyində olub, başsağlığı verib

Prezident İlham Əliyev İranın Azərbaycandakı səfirliyində olub, başsağlığı verib
Yayınlanma tarixi: 3/4/2026 1:27:03 PM

Prezident İlham Əliyev İranın Azərbaycandakı səfirliyində olub, başsağlığı verib.

Azərbaycan Prezidenti İlham Əliyev martın 4-də İranın səfirliyində olub, İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və bir çox mülki şəxslərin həlak olması ilə əlaqədar başsağlığı verib.

İslamazeri.com xəbər verir ki, İranın səfiri Müctəba Dəmirçilu dövlət başçısını qarşılayıb.

Azərbaycan Prezidenti matəm kitabına ürək sözlərini yazıb.

Sonra dövlət başçısı səfirlə söhbət edib.

Prezident İlham Əliyev İrana səfərləri zamanı Ayətullah Seyid Əli Xamenei ilə görüşlərini həmişə ən xoş təəssüratlarla xatırlayacağını deyib.

Müctəba Dəmirçilu səfirliyə gələrək başsağlığı verdiyinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

GÜNÜN MANŞETLERİ