ABŞ bazalarına eyni vaxtda edilən hücumların miqyası Pentaqon rəsmiləri tərəfindən görünməmiş kimi təsvir edilib.
İslamazeri.com xəbər verir ki, Pentaqon rəsmisi "The Wall Street Journal" qəzetinə verdiyi açıqlamada, ABŞ-ın xaricdəki bazalarına eyni vaxtda edilən hücumların miqyasının görünməmiş olduğunu bildirib.
Qeyd edək ki, Bəhreyndə ABŞ hərbi dəniz bazasında baş verən partlayışdan sonra tüstü qalxdığını göstərən görüntülər sosial mediada paylaşılıb.
Bir amerikalı rəsmi vəziyyəti "aktiv mərhələ" adlandırıb, digəri isə əsgərlərin raket yaxınlaşması zamanı sığınacaqlara qaçdığını bildirib.
Hücumlardan əvvəl ABŞ-ın İordaniya, Qətər, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanındakı bazalara əlavə hava hücumundan müdafiə sistemləri yerləşdirdiyi bildirilirdi.