Partiya Sədri əfv edildi.
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əfv sərəncamı imzalayıb.
İslamazeri.com xəbər verir ki, əfv olunanlar siyahısında Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyev də var.
Qeyd edək ki, Əli Əliyev 2021-ci ildə Qaraheybət aviasiya poliqonunda baş verən helikopter qəzasında yaralanan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə verilib. Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan) maddəsi ilə ittiham olunan partiya sədri 3 il 6 ay müddətə azadlıqdan məhrum edilib.