Parlamentlərarası əlaqələr üzrə yeni işçi qruplar yaradılacaq

Parlamentlərarası əlaqələr üzrə yeni işçi qruplar yaradılacaq
Yayınlanma tarixi: 17.11.2022 12:51:56

Parlamentlərarası əlaqələr üzrə yeni işçi qruplar yaradılacaq.

İslamazeri.com xəbər verir ki, Azərbaycan-Kamboca, Azərbaycan-Sinqapur, Azərbaycan-Tunis və Azərbaycan-Monqolustan parlamentlərarası əlaqələr üzrə işçi qrupları yaradılacaq.

Bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə” qərar layihəsi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 15 noyabr tarixli onlayn iclasında müzakirə olunub və parlamentin plenar iclasına tövsiyə edilib.

GÜNÜN MANŞETLERİ