Parlamentin İntizam komissiyası yenidən formalaşdırılıb

Parlamentin İntizam komissiyası yenidən formalaşdırılıb
Yayınlanma tarixi: 1.02.2023 12:23:55

Milli Məclisin İntizam komissiyası yenidən formalaşdırılıb.

İslamazeri.com xəbər verir ki, “Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının yaradılması haqqında” qərar layihəsi parlamentin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.

Milli Məclisin İntizam komissiyası aşağıdakı tərkibdə yaradılıb:

1. Ağamalı Fəzail Rəhim oğlu,

2. Həsənov Nurlan Urfan oğlu,

3. Həsənova Afət Əbil qızı,

4. İbrahimqızı Məlahət İbrahim qızı,

5. İbrahimov Eldar Rza oğlu,

6. Məhəməliyev Nəsib Məhəmməd oğlu,

7. Məmmədov Hikmət Baba oğlu,

8. Məmmədov Məşhur Şahbaz oğlu,

9. Möhbalıyev Səttar Suliddin oğlu,

10. Musayev Madər Əliəsgər oğlu,

11. Səfərov Nizami Abdulla oğlu.

Qərar layihəsi səsə qoyularaq qəbul edilib.

Yenidən formalaşdırılan İntizam komissiyasının üzvləri daha sonra sədr seçəcəklər.

Qeyd edək ki, İntizam komissiyası bundan əvvəl də eyni tərkibdən ibarət olub. Komissiyaya Eldar İbrahimov sədrlik edib.

GÜNÜN MANŞETLERİ