Pakistanda sabiq Baş nazir İmran Xanın həbsindən sonra başlayan etiraz aksiyaları zamanı həyatını itirən nümayişçilərin sayı 9-a yüksəlib, 290-dan çox insan yaralanıb.
İslamazeri.com xəbər verir ki, Milli medianın məlumatına görə, Pakistan Ədalət Hərəkatı Partiyasının (PTI) lideri Xanın korrupsiya ittihamı ilə həbs olunmasından sonra ölkədə başlayan etiraz aksiyaları davam edir.
Üksiyalar zamanı Hayber-Paxtunxva əyalətində 7, Bəlucistan və Pəncabda isə hər birində bir nəfər aksiyalar zamanı həlak olub.
Ölkədə mayın 9-dan bəri davam edən etirazlarda həyatını itirən aksiyaçıların sayı 9-a yüksəlib, 290-dan çox insan yaralanıb.
Aralarında Ədalət Hərəkatı Partiyasının yüksək səviyyəli siyasətçiləri də olmaqla, 1900-dən çox partiya tərəfdarı tutulub.
Tarnolda etirazçılar qatar relslərinə ziyan vurublar.
Paytaxt İslamabad və Lahorda polis mülklərinə və Lover Dirdə yarımhərbiləşdirilmiş birləşmələrə məxsus sərhəd qalasına ziyan dəyib.
Lahorda keçirilən etiraz aksiyaları zamanı böyük generator partlayıb. Hadisə zamanı ölən olmayıb.
Lahordakı Şadman Polis İdarəsində etirazçılar polisə məxsus əşyalara və maşınlara ziyan vurublar.
Ölkə daxilində davam edən itiraz aksiyalarında 200-dən çox polis əməkdaşı yaralanıb, polisə məxsus bir çox avtomobil yararsız hala salınıb.
Federal hökumətin ordunu təhlükəsizliyi təmin etməyə çağırmasından sonra silahlı qüvvələrin şəxsi heyəti paytaxt İslamabadın müxtəlif nöqtələrində işə başlayıb.