Pakistanın xarici işlər naziri Bilaval Butto Zərdari Amerika Birləşmiş Ştatlatının dövlət katibi Entoni Blinkenlə görüşüb.
İslamazeri.com xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, Zərdari paytaxt Vaşinqtonda Blinkenlə görüşüb.
Görüş zamanı ikitərəfli münasibətlər və Əfqanıstan da daxil olmaqla regional məsələlər müzakirə edilib, iki nazir münasibətlərin müsbət gedişatından məmnun olduqlarını vurğulayıblar.
Butto Zərdari ABŞ-a daşqından zərər çəkənlərə 97 milyon dollar yardım etdiyinə görə təşəkkür edib.