Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:22.09.2022 17:32:19

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan silahlı qüvvələrinin Kəlbəcərdə növbəti təxribat cəhdinin pislənilməsinə dair çağırış edib.

Ombudsman Aparatından "İslamazeri.com"a verilən xəbərə görə, çağırışda deyilir ki, 22 sentyabr gecə saatlarında Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonu istiqamətində növbəti dəfə təxribata əl ataraq Azərbaycan Ordusunun mövqelərini atəşə tutub, habelə diversiya qrupu tərəfindən həmin ərazilərdə dərə boşluqları minalanmaqla basqına cəhd göstərilib:

“Ermənistan tərəfinin bu cür təxribatlara yol verməməklə bağlı çağırışlara məhəl qoymaması sülh quruculuğu prosesinə və beynəlxalq hüququn tələblərinə laqeyd yanaşmanın növbəti göstəricisidir. Ombudsman olaraq, aidiyyəti beynəlxalq təşkilatları insan hüquqlarına ciddi təhdid yaradan bu kimi hallarla bağlı təsirli tədbirlər görməyə və Ermənistanın təxribatçı əməllərini qəti şəkildə qınamağa çağırıram”.


Ombudsman Ermənistanın Kəlbəcərdə növbəti təxribat cəhdi ilə bağlı çağırış edib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan manatının dövretmə sürəti azalıb
    Bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib.
     27.09.2022
    İşğal dövründə Yuxarı Gövhər Ağa məscidinə edilmiş müdaxilələr aradan qaldırılıb
    Bərpa işlərinin 2023-cü ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.
     27.09.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ