Ölkə üzrə oktyabr ayının pensiyaları tam ödənilib

Ölkə üzrə oktyabr ayının pensiyaları tam ödənilib
Yayınlanma tarixi: 15.10.2022 11:43:36

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu respublika üzrə oktyabr ayının pensiya ödənişini yekunlaşdırıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "İslamazeri.com"a verilən məlumata görə, oktyabrın 7-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, bu gün isə ölkənin digər bölgələrində yaşayan şəxslərin pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

2022-ci ildə verilməsi nəzərdə tutulan 200 manat maddi yardımın sonuncu rüb üzrə nəzərdə tutulan 50 manatı da oktyabr ayının pensiyasına əlavə olunub.

Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

GÜNÜN MANŞETLERİ