Ödəmə terminalını sındırıb pul oğurlayan şəxs tutulub

Ödəmə terminalını sındırıb pul oğurlayan şəxs tutulub
Yayınlanma tarixi: 28.10.2022 10:41:17

Oğurluğa görə axtarışda olan şəxs tutulub.

DİN-dən "İslamazeri.com"a verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi və Gəncə ŞBPİ-nin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci maddəsi (oğurluq) ilə axtarışda olan Vüqar Tapdıqzadə saxlanılıb.

Araşdırmalarla onun Bakıxanov qəsəbəsi ərazisində yerləşən ödəmə terminallarının birindən sındırmaq yolu ilə 3644 manat pul və bir evdən 1350 manat dəyərində 2 ədəd velosiped, təmir-tikinti alətləri və elektrik naqili oğurlaması da müəyyən olunub.

GÜNÜN MANŞETLERİ