Niderlandda qatar relsdən çıxıb: 1 ölü, 30 yaralı

Niderlandda qatar relsdən çıxıb: 1 ölü, 30 yaralı
Yayınlanma tarixi: 4.04.2023 11:12:44

Təxminən 50 nəfəri daşıyan qatar Voorschoten yaxınlığında tikinti maşını ilə toqquşduqdan sonra relsdən çıxıb.

Niderlandın qərbində qatarın relsdən çıxması nəticəsində azı 1 nəfər ölüb, 30 nəfər yaralanıb.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, təxminən 50 nəfəri daşıyan qatar Voorschoten yaxınlığında tikinti maşını ilə toqquşduqdan sonra relsdən çıxıb.

Niderland mətbuatında çıxan ilk xəbərdə qatarın yük qatarı ilə toqquşduğu bildirilib.

Bildirilib ki, qəza yerli vaxtla çərşənbə axşamı səhər saat 3.25 radələrində baş verib. Hadisə yerindən paylaşılan fotolarda bəzi vaqonların aşdığı və qəza yerindən tüstünün qalxdığı görünür.

Təcili yardım xidməti bildirir ki, vəziyyəti ağır olan yaralılar xəstəxanaya çatdırılıb, 11 nəfərə isə ətrafda yaşayan insanların evlərində tibbi yardım göstərilib.

NRC qəzeti Haaqa ilə Leyden arasında qatarların hərəkətinin dayandırıldığını bildirib.

GÜNÜN MANŞETLERİ