Netanyahu Hersoqdan mandatının uzadılmasını tələb edib

Netanyahu Hersoqdan mandatının uzadılmasını tələb edib
Yayınlanma tarixi: 10.12.2022 10:32:08

İsrail prezidentinin Netanyahunun tələbini qəbul edib-etmədiyinə dair heç bir məlumat verilməyib.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Binyamin Netanyahu İsrail Prezidenti İsaak Hersoqa ölkənin yeni kabinetini formalaşdırmaq üçün ona verilən mandatın uzadılması ilə bağlı müraciət edib.

İsrail İctimai Yayım Korporasiyasının (KAN) məlumatına görə, Netanyahu Hersoqdan yeni kabineti formalaşdırmaq üçün mandatının müddətini iki həftə uzatmağı xahiş edib.

“Hökumətin formalaşdırılması üzrə danışıqlar davam edir və böyük irəliləyiş əldə olunub”, - deyə Binyamin Netanyahu İsxak Herzoqa deyib. 

Başqa təfərrüatlara yer verilməyən xəbərdə İsrail prezidentinin Netanyahunun tələbini qəbul edib-etmədiyinə dair heç bir məlumat verilməyib.

GÜNÜN MANŞETLERİ