Netanyahu: Əgər Səudiyyə Ərəbistanının köməyi olmasaydı...

Netanyahu: Əgər Səudiyyə Ərəbistanının köməyi olmasaydı...
Yayınlanma tarixi: 25.10.2022 13:24:46

"Bəzi ərəb ölkələri Səudiyyə Ərəbistanının yaşıl işığı və təsdiqi ilə Təl-Əvivlə münasibətlərini normallaşdırıblar".

İslamazeri.com xəbər verir ki, İsrail rejiminin keçmiş Baş Naziri Benyamin Netanyahu Səudiyyə Ərəbistanının bu rejimə etdiyi köməyi etiraf edib.

"Qəbul etməli olduğumuz ilk şey Səudiyyə Ərəbistanının tədricən normallaşma prosesinə başlamasıdır. Çünki 2018 və 2020-ci illərdə “İbrahim” müqaviləsi imzalanmazdan əvvəl səudiyyəlilər öz hava məkanını açmışdılar ki, yüz minlərlə israilli Fars körfəzi ölkələrinə uça bilsin".

“Səudiyyə Ərəbistanının razılığı olmadan ərəb ölkələri ilə İbrahim müqaviləsini imzalamaq mümkün olmazdı, ona görə də Ər-Riyad normallaşmaya doğru irəliləyir və hesab edirəm ki, bu istiqamətdə yaxşı iş görür”, - Netanyahu bildirib.

Qeyd edək ki, dörd ərəb ölkəsi BƏƏ, Bəhreyn, Sudan və Mərakeş 2020-ci ildə ABŞ-ın təzyiqi və vasitəçiliyi ilə sionist rejimin fələstinlilərə qarşı törətdiyi qətlləri nəzərə almadan sionist İsrail rejimi ilə münasibətlərini normallaşdırıblar.

GÜNÜN MANŞETLERİ