Azərbaycanda “TikTok”a girişin bərpa olunmasına dair xəbərlər yayılıb.
İslamazeri.com xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Vüsalə Səid bildirib ki, “TikTok"a girişin müvəqqəti məhdudlaşdırılması ilə bağlı qərarda dəyişiklik olacağı halda aidiyyəti orqanlar bu barədə ictimaiyyəti məlumatlandıracaq.
Qeyd edək ki, 14 sentyabr tarixində “TikTok” sosial şəbəkəsinə ölkə ərazisində giriş müvəqqəti olaraq məhdudlaşdırılmışdı.