"Üzərindəki yazılar kiril əlifbası ilə olan heykəllər sovet dövründə ucaldılmış abidələrdir".
İslamazeri.com xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, tarixi abidələrimiz Azərbaycanın mədəni sərvətidir və əcdadlarımızdan qalan mirasdır.
"Təbii ki, biz də Azərbaycan dövləti olaraq onlara qayğı göstərməliyik, amma burada təkcə dövlət yox, məncə bütün vətəndaşlar öz mirasına, mədəniyyət abidələrinə sahib çıxmalıdır.
O ki qaldı kiril əlifbası ilə olan heykəllərə, onlar Sovet İttifaqı dövründə ucaldılmış heykəllərdir. Hələ də köhnə əlifba ilə yazılmış yazılar var. Bu da bir tarixdir. Biz hər bir tarixə, hər bir ənənəyə hörmətlə yanaşmalıyıq. Əslində, hər bir ənənəni saxlamaqla onun dəyərini artırmış oluruq", - nazir vurğulayıb.