Naxçıvanın Maliyyə naziri həbs edildi

Naxçıvanın Maliyyə naziri həbs edildi
Yayınlanma tarixi: 11/28/2022 9:56:34 AM

Bakı şəhəri Səbail rayon məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Maliyyə naziri Əliyev Rafael Rza oğlu barəsində müstəntiqin vəsatətinə baxıb.

İslamazeri.com xəbər verir ki, hakim Ülviyyə Şükürovanın 26.11.2022-ci il tarixli qərarı ilə Rafael Əliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.

Qeyd edək ki,Azərbaycan KİV-də daha əvvəl yayılmış məlumatlara əsasən Dövlət Təhlükəsizliyi Xidməti Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsində əməliyyat tədbirləri keçirmiş, Komitənin müxtəlif rəhbər vəzifəli şəxsləri məsuliyyətə cəlb edilərək həbs edilib.

GÜNÜN MANŞETLERİ

İğdırdan İrana dəstək olaraq avtoyürüş - VİDEO
REGİON / TÜRKİYƏ

İğdırdan İrana dəstək olaraq avtoyürüş - VİDEO

4/13/2026 2:17:37 PM
Sabahın HAVA PROQNOZU
ÖLKƏ / MÜXTƏLİF

Sabahın HAVA PROQNOZU

4/13/2026 2:00:40 PM
Bakıda daha iki ərazidə yollar təmir edilib
ÖLKƏ / MÜXTƏLİF

Bakıda daha iki ərazidə yollar təmir edilib

4/13/2026 1:56:01 PM
İsrail Qəzzada mülki vətəndaşları öldürməyə davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Qəzzada mülki vətəndaşları öldürməyə davam edir

4/13/2026 1:35:06 PM