Buna paralel olaraq insanlar 27 illik xof və qorxu psixologiyasından yavaş-yavaş qurtulurlar.
Naxçıvan sakinləri, Muxtar Respublikada bütün sahələrdə yumşalma və şəffaflaşma prosesinin başladığını bildiriblər.
“İslamazeri.com” xəbər verir ki, buna paralel olaraq insanlar 27 illik xof və qorxu psixologiyasından yavaş-yavaş qurtulurlar.
Artıq əvvəllər qanunsuz tətbiq edilmiş qadağalar da ləğv edilir.
Gənclər isə “Xəzər” TV-yə qeyd edib ki, onları narahat edən əsas məsələlərdən biri işsizlikdir.