NATO əməkdaşlarına TikTok istifadə etməyi qadağan edib

NATO əməkdaşlarına TikTok istifadə etməyi qadağan edib
Yayınlanma tarixi: 1.04.2023 10:21:17

NATO əməkdaşlarına iş cihazlarında TikTok istifadə etməyi qadağan edib.

NATO təhlükəsizlik səbəbindən əməkdaşlarına TikTok sosial şəbəkə tətbiqini iş cihazlarına yükləməyi qadağan edib.

İslamazeri.com Azərtac-a istinadən xəbər verir ki, bu barədə CNN NATO nümayəndələrinə istinadən məlumat yayıb.

“Kibertəhlükəsizlik NATO üçün əsas prioritetdir. NATO-nun rəsmi istifadə üçün proqramların seçilməsi ilə bağlı ciddi tələbləri var. TikTok NATO-nun təqdim etdiyi cihazlarda mövcud deyil”, – alyansın yüksək səviyyəli rəsmisi telekanala deyib.

CNN etibarlı mənbəyə istinadla bildirib ki, NATO rəhbərliyi cümə günü səhər saatlarında öz əməkdaşlarına bildiriş göndərib. Məktub qadağanı rəsmiləşdirib, lakin TikTok tətbiqi daxili texniki məhdudiyyətlər səbəbindən alyansın cihazlarında əvvəllər də istifadə olunmurdu.

Bundan əvvəl Avropa Komissiyası, Aİ Şurası və Avropa Parlamentinin əməkdaşlarına TikTok tətbiqini ofis cihazlarına quraşdırmaq qadağan edilmişdi. Belçika, Böyük Britaniya, Kanada, Hollandiya, Yeni Zelandiya və Çexiya da daxil olmaqla, bir neçə ölkənin səlahiyyətliləri də dövlət qulluqçularına TikTok-u korporativ telefonlara quraşdırmağı qadağan edib. ABŞ Konqresində sosial şəbəkənin qadağan edilməsi ilə bağlı qanun layihəsi də müzakirə olunur.

GÜNÜN MANŞETLERİ