Narkotikin təsiri altında marşrut sürən şəxs tutulub

Narkotikin təsiri altında marşrut sürən şəxs tutulub
Yayınlanma tarixi: 9.03.2023 12:34:41

Bu barədə DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin təsiri altında mikroavtobus idarə edən şəxs tutulub.

DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan "İslamazeri.com"a verilən məlumata görə, Quba rayon sakini Anar İsmiyevin idarə etdiyi marşrut mikroavtobusu Quba rayonu ərazisində nəzarət-yoxlama qaydasında saxlanılıb. Polis əməkdaşları tərəfindən həmin sürücünün narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr yaranıb. A.İsmiyevin həkim müayinəsindən keçirilməsi təmin edilib və onun narkotik vasitənin təsiri altında olması sübuta yetirilib.

Həmin şəxsin barəsində qanunvericiliyin tələblərinə uyğun tədbir görülüb.

GÜNÜN MANŞETLERİ