Ən çox qoca ölümünün olduğu şəhər

Ən çox qoca ölümünün olduğu şəhər
Yayınlanma tarixi: 20.04.2023 14:51:08

“The Lancet Planetary Health” tərəfindən dərc edilən məqalədə 2000-2009-cu illər arasında Avropanın 30 ölkəsinin 854 şəhərində həddindən artıq isti və ya soyuqdan ölüm nisbətləri araşdırılıb.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Fransanın paytaxtı Paris Avropada həddindən artıq istilər səbəbindən ən çox qoca ölümünün olduğu şəhər sayılıb.

  “The Lancet Planetary Health” tərəfindən dərc edilən məqalədə 2000-2009-cu illər arasında Avropanın 30 ölkəsinin 854 şəhərində həddindən artıq isti və ya soyuqdan ölüm nisbətləri araşdırılıb.

  Araşdırmaya görə, Avropada ildə 203 min 620 nəfər soyuqdan, 20 min 173 nəfər isə istidən ölür.

  Yaş artdıqca isti havaya qarşı həssaslıq artsa da, Paris Avropada həddindən artıq istilər səbəbiylə ölüm nisbətinin ən yüksək olduğu şəhər sayılıb.

  Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı 2022-ci ildə Avropada isti hava ilə əlaqədar təxminən 15 min adamın həyatını itirdiyini bildirib.

GÜNÜN MANŞETLERİ