"Mülki müdafiə haqqında" yeni qanun layihəsi hazırlanır

Yayınlanma tarixi: 11.11.2022 11:12:10

Hesab edirik ki, mülki müdafiə sahəsindəki qanunvericilik bazası bu günün tələblərinə cavab vermir.

İslamazeri.com xəbər verir ki, bunu FHN-nin Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi, general-mayor Niyazi Zamanov “Mülki müdafiə üzrə əhalinin hazırlanmasında ali təhsil müəssisələrinin rolu, mülki müdafiə fənninin tədrisinin təkmilləşdirilməsi, mülki müdafiənin maddi-tədris bazasının gücləndirilməsi, mövcud problemlərin müzakirəsi və bununla əlaqədar nazirliklər arasında qarşılıqlı fəaliyyət” mövzusunda keçirilən elmi-praktiki konfransda deyib.

O bildirib ki, metodiki rəhbərliyi həyata keçirən qurum kimi çoxlu problemlərlə rastlaşırlar: "Hazırda çox böyük bir qanunvericilik bazasının hazırlanması istiqamətində işlər aparılır. Bunlardan biri "Mülki müdafiə haqqında" yeni qanun layihəsinin hazırlanmasıdır. Bütün aidiyyatı qurumlardan rəylər alınmaqla layihə müvafiq quruma təqdim olunub".

GÜNÜN MANŞETLERİ