Mirzoyan: Çavuşoğlu ilə görüşməyə hazıram

Mirzoyan: Çavuşoğlu ilə görüşməyə hazıram
Yayınlanma tarixi: 19.10.2022 11:01:10

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşə hazır olduğunu açıqlayıb.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, jurnalistlərə verdiyi müsahibəsində Türkiyənin xarici işlər naziri Çavuşoğlunun Ermənistanın xarici işlər naziri ilə görüşə hazır olduğu barədə bəyanatlarına toxunan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan türkiyəli həmkarı ilə görüşə hazır olduğunu açıqlayıb.

Ermənistan mediasının məlumatına görə, Mirzoyan deyib:

"Biz dialoqun uğurlu olmasını istəyirik. Onun uğurla başa çatmasına kömək edəcək istənilən görüş, şübhəsiz ki, baş verə bilər. Mən heç vaxt belə görüşə etiraz etməmişəm".

Mirzoyan həmçinin bildirib ki, bu görüşlər zamanı tərəflər diplomatik münasibətlərin qurulması və ölkələr arasında sərhədlərin açılması istiqamətində səmimi və ciddi addımlar atmalıdırlar.

“Bir daha deyirəm ki, mən belə bir görüşə hazıram, ümid edirəm ki, belə bir görüş baş tutsa, bu, nəzərəçarpacaq nəticələr verəcək”, - Mirzoyan bildirib. 

GÜNÜN MANŞETLERİ