Milli Park ərazisində balıq ovlamaq istəyən şəxs saxlanılıb

Milli Park ərazisində balıq ovlamaq istəyən şəxs saxlanılıb
Yayınlanma tarixi: 15.11.2022 16:24:33

Ağgöl Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın ərazisində qanunsuz balıq ovuna cəhd edən şəxs saxlanılıb.

İslamazeri.com xəbər verir ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev bildirib ki, araşdırma zamanı brakonyerin Beyləqan rayon sakini Zülfüqar Cabbarov olduğu müəyyən edilib.

Faktla bağlı təqsirkar şəxs barəsində qanunamüvafiq tədbir görülüb.

GÜNÜN MANŞETLERİ