Milli Məclisdə məktəblərdəki neqativ hallarla bağlı dinləmə keçiriləcək

Milli Məclisdə məktəblərdəki neqativ hallarla bağlı dinləmə keçiriləcək
Yayınlanma tarixi: 4.11.2022 10:48:41

"Cəmiyyəti narahat edən məktəblərdəki vəziyyətlə bağlı lazım olarsa, qanunvericiliyi təkmilləşdirəcəyik".

“Məktəblərdə baş verən neqativ hallarla bağlı komitədə dinləmə keçirəcəyik”.

İslamazeri.com xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında komitə sədri Bəxtiyar Əliyev deyib.

Komitə sədri bildirib ki, Elm və Təhsil Nazirliyi ilə fikir mübadiləsi aparılacaq: “Cəmiyyəti narahat edən məktəblərdəki vəziyyətlə bağlı lazım olarsa, qanunvericiliyi təkmilləşdirəcəyik”.

GÜNÜN MANŞETLERİ